RU

“O dərman daim yanımızda olmalıdır, 2 aydır verilmir” Video

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hemofiliya xəstələri dövlət tərəfindən onlara verilməli olan dərman preparatını ala bilmədiklərini iddia edirlər.

“Qafqazinfo” xəbər verir ki, söhbət qanın laxtalanmasına kömək edən Faktor 9 preparatlarından gedir.

Xəstələr bildirir ki, onlar 2 aydan çoxdur bu dərmanı ala bilmirlər.

“2 aydır ki, dərman çətinliyi çəkirik. Həmişə gedib götürürdük. Evdə hər hansı bir hadisə zamanı istifadə edirdik. O dərman elədir ki, daim bizim yanımızda olmalıdır. Hər an ölüm riski daşıyırıq”, - deyə xəstələrdən biri qeyd edib.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, müqavilə üzrə yalnız bir preparatın (Oktanin F) verilməsində ləngimə müşahidə olunur. Hazırda həmin preparatın yenidən qeydiyyatı prosesi aparılır. Podratçı şirkət tərəfindən təqdim edilən məlumata əsasən, adıçəkilən dərman vasitəsinin qeydiyyatı ilə bağlı müvafiq sənədlər Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə təqdim olunub, qeydiyyat vəsiqəsinin verilməsi gözlənilir. Proses başa çatdıqdan sonra tibb müəssisəsi adıçəkilən dərman preparatı ilə təmin olunacaq.

Daha ətraflı “Xəzər TV”nin süjetində:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
33
3
qafqazinfo.az

4Источники