RU

Ançelotti İtaliya futbolunda əsas problemi açıqladı

Hazırda Braziliya milli komandasına rəhbərlik edən tanınmış mütəxəssis Karlo Ançelotti İtaliya futbolundakı mövcud problemlərlə bağlı açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, çalışdırıcı bildirib ki, həm A Seriyası, həm də milli komanda səviyyəsində futbolçulara sürət çatışmır.

“Burada söhbət təkcə oyun sürətindən getmir, həm də psixoloji tempdən – daim oyuna bağlılıq və intensivlikdən gedir. Bu, boş sözlər deyil, intensivlik matç boyu davam etməlidir. İtaliya futbolu bunu itirib”, – deyə Karlo Ançelotti bildirib.

Qeyd edək ki, İtaliya millisi 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməyib. Seçmə mərhələnin pley-off matçında komanda Bosniya və Herseqovina ilə görüşdə penaltilər seriyasında məğlub olaraq turnirdən kənarda qalıb.

Избранный
22
90deqiqe.az

1Источники