RU

Türkiyədə Əhməd əş-Şaraanın bu hərəkəti gündəm oldu - VİDEO

Antalyada Diplomatiya Forumunda maraqlı və diqqətçəkən anlar yaşanıb.

Suriya dövlət başçısı Əhməd əş-Şaraa, forum zamanı etdiyi jestlə gündəmə gəlib.

Çıxışı əsnasında qarşısındakı su şüşəsini rahatlıqla açdığı əsnada, Şaraa zarafatla “Bu, İngiltərədəkilərdən daha yaxşıdır”, deyib.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı görüntülər “Türkiye” qezetinin sosial media hesablarında paylaşılıb.

Bu replika Şaraanın Londonda qatıldığı bir tədbirdə qarşılaşdığı hadisəyə yumorlu cavabı kimi qarşılanıb.

Həmin tədbirdə Suriya lideri su şüşəsini aça bilməmiş, bir neçə cəhddən sonra isə şüşəni tədbirin aparıcısı açaraq ona təqdim etmişdi. Bu anlar sosial şəbəkələrdə geniş yayılaraq müzakirə mövzusuna çevrilmişdi.

Bu gün Antalyada etdiyi jesti isə Əhməd əş-Şaraanın əvvəlki hadisəyə yumorlu bir xatırlatma kimi qarşılanıb və zalda gülümsəmələrə səbəb olub.

İlhamə Qasımlı


Telegram kanalımız
Избранный
10
2
yenisabah.az

3Источники