RU

Roma Papası Trampı sərt tənqid etdi

Roma Papası XIV Leo Kameruna səfəri zamanı müharibələrə milyardlarla dollar xərcləyən liderləri sərt tənqid edib.Metbuat.az xəbər verir ki, dünyanın bir ovuc tiran tərəfindən viran edildiyini deyən Papa, sülh çağırışını təkrarlayıb. Qeyd edək ki, Roma Papasının bu sözləri, sosial mediada onu hədəf alan və "cinayətkarlıqda zəif və xarici siyasətdə dəhşətli" adlandıran ABŞ Prezidenti Donald Trampla qarşıdurmadan sonra deməsi diqqət çəkib. Kamerunun münaqişələrdən əziyyət çəkən şəhəri Bamendada çıxış edən Roma Papası, ad çəkmədən Tramp administrasiyasını və onun müharibə tərəfdarı siyasətini tənqid edib.

O, "Öz maraqları üçün hətta Tanrının adını belə manipulyasiya edənlər, yoxsul xalqların resurslarını silahlara yatırmaqla qeyri-sabitliyi və ölümləri davamlı hala gətirirlər”, - deyə bildirib.

Избранный
39
50
metbuat.az

10Источники