RU

Yumşaq qutab xəmiri necə hazırlanır?

Xəmirin yumşaq olması üçün un, su və yağ balansı düzgün qurulmalıdır. Yaxşı yoğrulmuş və dincini almış xəmir həm daha dadlı olur, həm də yayarkən sizi yormur.

Milli.Az xəbər verir ki, yumşaq xəmir üçün orta proteinli və keyfiyyətli un seçilməlidir.

Unu mütləq ələyərək istifadə edin. Bu, xəmirin daha hamar və havalı olmasına kömək edir. Çox sərt unlar xəmiri rezin kimi edə bilər, ona görə də seçimə diqqət yetirin.

Suyun miqdarı xəmirin taleyini həll edir.

Xəmirin daha yaxşı özləşməsi üçün mütləq ilıq su istifadə edilməlidir.

Suyu birdən deyil, yavaş-yavaş əlavə edin. Bu, xəmirin konsistensiyasını idarə etməyi asanlaşdırır.

Yaxşı yoğrulmuş xəmir yumşaqlığın ən böyük sirridir.

Xəmiri ən az 8-10 dəqiqə yoğurmaq lazımdır. Bu, qlütenin inkişafını təmin edərək xəmirə elastiklik verir. Az yoğrulan xəmir sərt qala bilər.

Yoğurma bitdikdən sonra xəmir mütləq dincəlməlidir.

Ən az 20-30 dəqiqə kifayətdir. İstirahət edən xəmir boşalır və yayma prosesi çox asanlaşır. Bu addımı keçmək qutabın keyfiyyətini aşağı salır.

Xəmirə az miqdarda duru yağ əlavə etmək onun qurumasının qarşısını alır və yumşaqlığı artırır.

Bəzi reseptlərdə qatıq və ya süd də istifadə olunur. Bu materiallar xəmiri həm daha yumşaq, həm də daha ləzzətli edir. Lakin yağı ölçülü istifadə etmək vacibdir ki, xəmir ağırlaşmasın.

Lalə Qüdrətova
Milli.Az

 

Избранный
11
1
milli.az

2Источники