RU

Azərbaycanın turizm imkanları Türkiyədə təqdim olunub – FOTO

Azərbaycan Turizm Bürosunun Türkiyədəki rəsmi nümayəndəlik ofisinin təşkilatçılığı ilə aprelin 13-dən 17-dək Türkiyədə tanıtım xarakterli silsilə tədbirlər keçirilib.

Dövlət Turizm Agentliyindən “Doğru.az“-a bildirilib ki, “Azərbaycan Hava Yolları” QSC (AZAL) daxil olmaqla 10 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə baş tutan proqram İzmir, Ankara, Mersin və İstanbul şəhərlərini əhatə edib.

Türkiyədən 500-ə yaxın turizm şirkəti və media nümayəndəsinin qatıldığı tədbirlərdə Azərbaycan ilboyu cəlbedici turizm istiqaməti kimi təqdim edilib. İştirakçılara şəhər turları, şopinq turizmi, macəra və aktiv istirahət, mədəniyyət və işgüzar tədbirlər sahəsində mövcud imkanlar barədə ətraflı məlumat verilib, eyni zamanda B2B formatında görüşlər keçirilib.

Proqram çərçivəsində Azərbaycanın şimal və şimal-qərb turizm marşrutlarına xüsusi diqqət ayrılıb, həmin bölgələrin turizm infrastrukturu və qış turizmi potensialı ön plana çıxarılıb.

Ankara şəhərində keçirilən tədbirdə Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, 2026-cı ilin yanvar-mart ayları ərzində Türkiyədən Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz artaraq 105 265 nəfər olub.

DOĞRU.AZ

image-17764328933524953752_1200x630 image-17764328934908017172_1200x630 image-17764328935148630180_1200x630 image-17764328932479465135_1200x630 image-17764328932272162623_1200x630 image-177643289321430183_1200x630 image-1776432893397527697_1200x630

Избранный
23
2
dogru.az

3Источники