RU

“Atam 8 dəfə öz musiqiləri altında əməliyyat olunub”

ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin bu gün anım günüdür.

Axşam.az xəbər verir ki, bəstəkarın oğlu, Əməkdar incəsənət xadimi, professor Nazim Mirişli “Xəzər Axşamı” verilişinə müsahibəsində maraqlı xatirəsini bölüşüb. Bəstəkar bildirib ki, atası səkkiz dəfə öz mahnılarını dinləyərək əməliyyat olunub:

“Atam səkkiz dəfə əməliyyat olunmuşdu. Şəfqət bacıları yutubdan onun mahnılarını tapıb, sıra ilə səsləndirmişdilər. Atam musiqisini dinləyə-dinləyə onu əməliyyat edirdilər. Əməliyyatdan çıxanda dedi ki, mən belə şey eşitməmişdim ki, öz musiqilərinin sədası altında kimisə əməliyyat etsinlər. Belə bir şey var, klassik musiqi bir terapiya sayılır. Onunla xaricdə əməliyyat aparırlar. Amma atamı öz mahnıları ilə əməliyyat etdilər. Hiss də etməyib ki, əməliyyat necə başladı və bitdi”.

Qeyd edək ki, bu gün Ramiz Mirişlinin vəfatından 11 il ötür.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
32
2
axsam.az

3Источники