RU

Əgər hücum olarsa... Lukaşenko Trampa xəbərdarlıq etdi

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ-ın Çinlə mümkün qarşıdurması ilə bağlı xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki, Lukaşenko RT telekanalına müsahibəsində ABŞ-ın böyük güc olduğunu etiraf etsə də, onun “hər şeyə qadir supergüc” olmadığını bildirib.

O qeyd edib ki, bu reallıq xüsusilə Vaşinqtonun İranla münasibətlərində yaşanan uğursuzluqlardan sonra daha aydın görünür.

Belarus liderinin sözlərinə görə, ABŞ üçün əsas strateji rəqib Çin hesab olunur və Pekinin güc səviyyəsi Vaşinqtonun tam nəzarət edə biləcəyi çərçivədən kənardadır.

Lukaşenko ümid etdiyini bildirib ki, bu reallığın qəbul olunması ABŞ-ı Rusiya və Çin də daxil olmaqla digər ölkələrin maraqlarına daha həssas yanaşmağa vadar edəcək.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
globalinfo.az

1Источники