RU

iPhone 18 Pro-nun yeni rəngləri sızdı: bu rəng trend olacaq

iPhone 18 Pro modelinin rəng seçimləri ilə bağlı yeni məlumatlar yayılıb.

Musavat.com xəbər verir ki, insayder mənbələrə görə, Apple bu dəfə cihaz üçün daha fərqli və premium tonlar hazırlayır.

Sızan məlumata əsasən, yeni model aşağıdakı rənglərdə təqdim oluna bilər:

açıq mavi

tünd vişnə

tünd boz

gümüş

Məlumata görə, xüsusilə “tünd vişnə” rəngi şirkətin yeni əsas vizual xətti kimi seçilə bilər. Bu ton klassik qırmızıdan fərqli olaraq daha dərin və premium görünüşə malik olacaq.

Qeyd olunur ki, Apple son illərdə hər modeldə fərqli “imza rəngi” təqdim etməyə çalışır. Bu baxımdan, yeni seriyada narıncı tonların yerini daha çox “şərab rənginə” yaxın çalarların tutacağı istisna olunmur.

Musavat.com

Избранный
13
musavat.com

1Источники