RU

ABŞ əsl demokratiyanı bizdən öyrənməlidir Lukaşenko

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ əsl demokratiyanı Belarusdan öyrənməlidir.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

"Siz on minlərlə kilometr məsafədə yerləşən və sizə heç bir təhlükə yaratmayan müstəqil, suveren ölkədə bir məktəbi bombardman etdiniz. Siz uşaqların və müəllimlərin öldüyü bir məktəbi - təxminən iki yüz nəfəri bombardman etdiniz. Bəs İsraili bombalamağa (Qəzza zolağına zərbələr – red.) təşviq etdiyiniz üçün neçə nəfər öldü? Hansı insan hüquqlarından danışırsınız?

Siz insan hüquqlarından, demokratiyadan danışırsınız, amma əslində ölkədə heç nə dəyişmir. Deməli, bəlkə də ölkə daxilində diktatura var. Mən bunu uzun müddətdir deyirəm - demokratiyanı öyrənməlisiniz. Bizdə sizdən yüz dəfə çox demokratiya var. Əsl demokratiya, əsl insan hüquqları. İnsanları öldürürsünüzsə, hansı insan hüquqlarından danışa bilirsiniz?” - A.Lukaşenko qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
1
1
axar.az

2Источники