RU

"Turan Tovuz" səfərdə "Araz-Naxçıvan"ı darmadağın edib

Misli Premyer Liqasının XXVIII turunda "Turan Tovuz" səfərdə "Araz-Naxçıvan" üzərində inamlı qələbə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, Sumqayıtdakı “SOCAR Polymer Arena”da keçirilən qarşılaşma qonaqların 3:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

Oyunda hesab 71-ci dəqiqədə İbrahima Vadjinin qolu ilə açılıb. Görüşün sonlarına yaxın Joarlem Santos səhnəyə çıxaraq 82-ci və 90+2-ci dəqiqələrdə fərqlənib və komandasının qələbəsini rəsmiləşdirib.

Bu nəticədən sonra Tovuz təmsilçisi xallarının sayını 55-ə çatdıraraq üçüncü pillədə mövqeyini möhkəmləndirib. "Araz-Naxçıvan" isə 39 xalla altıncı sırada qərarlaşıb.

Turun digər matçında "Neftçi" səfərdə "Zirə" ilə üz-üzə gələcək. “Zirə” İdman Kompleksinin stadionunda baş tutacaq qarşılaşma saat 19:30-da start götürəcək. Bir oyun az keçirən “ağ-qaralar” 43 xalla beşinci, meydan sahibləri isə 44 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun son oyunları aprelin 19-da keçiriləcək.

Избранный
31
90deqiqe.az

1Источники