Antalya. Trend:
Ermənistan regional əlaqəlilik üzrə ABŞ ilə həyata keçirilənlayihələrin praktiki icrasına keçir.
Trend-in xüsusimüxbirinin verdiyi məlumata görə, bu barədə Ermənistan xarici işlərnazirinin müavini Vahan Kostanyan Antalya Diplomatiya Forumuçərçivəsində azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, artıq razılaşdırılmış qərarların icrasıişləri praktiki mərhələyə keçir.
“Biz ABŞ-dəki həmkarlarımızla birlikdə ərazidə praktiki işlərindavam etdirilməsi və həyata keçirilməsi mərhələsindəyik”, — deyə obildirib.
Kostanyan qeyd edib ki, tərəflər 13 yanvar tarixli üçtərəflirazılaşmadan sonra layihələrin icrası üçün çərçivə modelini artıqrazılaşdırıblar.