RU

Saçınız tökülürsə, bədəndə bu iki maddəni yoxladın: Həkimdən xəbərdarlıq

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Saçların tökülməsi hər zaman genetik faktorlarla bağlı olmur. Bəzən bu problem orqanizmdəki maddələr çatışmazlığı, stress və ya endokrin xəstəliklərin nəticəsi kimi ortaya çıxır.Demokrat.az xəbər verir ki, bunu Piroqov Universiteti dermatovenerologiya kafedrasının mütəxəssisi Aleksey Silin bildirib. O deyib ki, xüsusilə dəmir və D vitamini çatışmazlığı saçların kütləvi şəkildə seyrəlməsinə səbəb olan əsas amillərdəndir."Bu cür tökülmə tibbdə "diffuz alopesiya" adlanır. Bu zaman saçlar başın müəyyən bir hissəsində deyil, bütün nahiyələrdə bərabər qaydada tökülür. Həkimin sözlərinə görə, diffuz tökülmənin digər formalardan əsas fərqi ondan ibarətdir ki, səbəb aradan qaldırıldıqda saç kökləri xüsusi stimullaşdırıcı müalicə olmadan belə öz funksiyasını bərpa edə bilir.Müalicə üsulları tökülmənin növünə görə fərqlənir. Məsələn, kişi tipli tökülmələrdə saç köklərinin hormonlara həssaslığı əsas rol oynadığı üçün spesifik preparatlara ehtiyac duyulur. Lakin maddələr çatışmazlığı ilə bağlı yaranan diffuz tökülmələrdə əsas hədəf orqanizmin mineral və vitamin balansını bərpa etməkdir. Köməkçi üsul kimi toxumaların yenilənməsini sürətləndirən PRP terapiyası (plazmaoterapiya) geniş tətbiq olunur.Əgər bütün konservativ üsullar nəticəsiz qalarsa, son çarə olaraq saç əkimi əməliyyatı tətbiq edilir. Lakin həkim qeyd edir ki, cərrahi müdaxiləyə ehtiyacı olan xəstələrin sayı ümumi müraciət edənlərin çox az hissəsini təşkil edir. Əksər hallarda düzgün diaqnoz və qidalanma rejimi ilə saçların sağlamlığını geri qaytarmaq mümkündür.Yəni, saçlarınız tökülürsə, bu, bədəninizdə dəmir və ya D vitamininin az olmasından qaynaqlana bilər və bu çatışmazlıq düzələrsə, saçlarınız yenidən çıxmağa başlayacaq.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
23
demokrat.az

1Источники