RU

Sahibə Qafarova belçikalı həmkarına Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verib (FOTO)

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın(PAİ) 152-ci Assambleyası çərçivəsində Belçika Krallığı FederalAssambleyası Senatının sədri Vinsent Blondel ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənTrend-ə verilənməlumata görə, görüşdə iki ölkə arasında parlamentlərarasıəlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsiaparılıb.

Diqqətə çatdırılıb ki, parlamentlər dialoq və qarşılıqlıanlaşmaya töhfə verən strukturlardır. Bu mənada, qarşılıqlıtəmaslar maraq doğuran məsələlərin müzakirəsində xüsusi roloynayır. Bu çərçivədə PAİ-nin xüsusi rolu vurğulanıb. Diqqətəçatdırılıb ki, PAİ həmişə dialoqa, ümumi səylərə xidmət edir. Qeydolunub ki, parlamentarilər arasında təmaslar bir-birini daha yaxşıbaşa düşmək, vacib məsələləri müzakirə etmək imkanı yaradır. SahibəQafarova bu gün Azərbaycanla Belçika arasında müxtəlifistiqamətlərdə, o cümlədən parlament sahəsində əlaqələrin inkişafetdirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.

Milli Məclisin sədri regionumuzda baş verən proseslər vəAzərbaycan-Ermənistan normallaşma prosesi haqda qarşı tərəfəməlumat verib. O, məsələlərə birtərəfli və qərəzli yanaşmalarınnormallaşma prosesinə mane olduğunu qeyd edib.

S.Qafarova Ermənistan parlamentinin sədri ilə görüşünün də,əslində, qarşılıqlı etimadın gücləndirilməsinə yönəldiyini diqqətəçatdıraraq, parlament diplomatiyasının məhz belə məqsədlərə xidmətetməli olduğunu vurğulayıb.

Söhbət zamanı digər məsələlər barədə də fikir mübadiləsiaparılıb.

Sahibə
Sahibə
Избранный
24
13
az.trend.az

10Источники