RU

Alkaraz nüfuzlu turnirdə iştirak edə bilməyəcək

ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünya reytinqinin 2-ci pilləsində qərarlaşan ispaniyalı ulduz Karlos Alkaraz zədə səbəbindən Madrid Masters 1000 turnirində iştirak etməyəcəyini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, İspaniyalı raketka ustası “X” hesabından etdiyi paylaşımla bu üzücü xəbəri rəsmən duyurub.

Bununla da Alkaraz üst-üstə ikinci ildir ki, doğma vətənində keçirilən bu nüfuzlu turniri buraxmalı olur.

Ulduz tennisçi qərarı ilə bağlı emosional bir mesaj yayımlayıb:

​”Madrid mənim evimdir və iki il ardıcıl burada oynaya bilməmək məni çox üzür. Öz xalqımın önündə, belə xüsusi bir turnirdə ola bilməmək məni dərindən yaralayır. Daimi sevginiz və dəstəyiniz üçün hər kəsə təşəkkür edirəm.”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
42
futbolpress.az

1Источники