Şəkinin "Şorsu" komandası AFFA U-12 Liqasından kənarlaşdırılıb.
Fanat.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Bölgə təmsilçisi Zaqatalanın "Alfa" kollektivi ilə görüşdə təyin olunan vaxtda meydanda olmayıb.
Qarşılaşma baş tutmadığı üçün "Şorsu" 0:3 hesablı texniki məğlubiyyət alıb. Bu hal üçüncü dəfə təkrarlandığı üçün komanda yarışdan uzaqlaşdırılıb.