RU

15 yaşdan kiçik uşaqlar üçün sosial media məhdudiyyəti

15 yaşdan kiçik uşaqlar üçün sosial media istifadəsinə dair mümkün məhdudiyyətlər uşaqları qorumaq baxımından müsbət addımdır.

Anadolu Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyənin Anadolu Universitetinin Sosial Media və Rəqəmsal Təhlükəsizlik Mərkəzinin müdiri professor Adilə Aşkım Kurt deyib. 

Professorun sözlərinə görə, bir çox ölkələrdə 15 və ya 16 yaş “kritik yaş həddi” kimi qəbul olunur. Bu yaşlarda uşaqların beyin inkişafı tam formalaşmadığı üçün onların qərarvermə və problem həll etmə bacarıqları hələ tam inkişaf etmir. Buna görə də sosial medianın və rəqəmsal oyunların uşaqlar üzərində güclü təsir yarada bildiyi vurğulanır.

Mütəxəssis, həmçinin bildirib ki, sosial media platformaları uşaqlarda “dopamin dövrü” yarada bilər və bu da onların daha çox istehlakçı davranışına yönəlməsinə səbəb olur. Onun sözlərinə görə, bu vəziyyət gələcəkdə bəzi psixoloji və sosial problemlərə yol aça bilər.

Professor, həmçinin valideynlərin uşaqlara nəzarət etməsinin vacibliyini vurğulayıb. O, ailələrin uşaqlarla açıq danışmasının və internet istifadəsi ilə bağlı qaydalar müəyyən etməsinin önəmli olduğunu bildirib.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
23
azerbaijan-news.az

1Источники