RU

Onlar Trampdan uzaqlaşır  

ABŞ prezidenti ilə yaxınlıq artıq siyasi üstünlük yox, seçki riski sayılır.

Musavat.com xəbər verir ki, Politico-nun təhlilinə görə, ABŞ prezidenti Donald Tramp Avropada ultrasağ siyasi qüvvələr üçün getdikcə “toksik” fiqura çevrilir və onunla açıq yaxınlıq artıq seçkilərdə risk kimi qiymətləndirilir.

Fransada “Milli Birlik” partiyasının lideri Marin Le Pen partiya üzvləri ilə qapalı görüşdə açıq şəkildə “Biz məsafə saxlamalıyıq” sözlərini işlədib.

Politico yazır ki, bu dönüş nöqtəsi Macarıstanın baş naziri Viktor Orbanın seçkilərdə ağır məğlubiyyətindən sonra daha da sürətlənib. Qeyd olunur ki, Tramp kampaniya dövründə Orbanı açıq dəstəkləmiş, ABŞ vitse-prezidenti Cey Di Vens də seçki ərəfəsində Budapeştə səfər etmişdi.

Almaniyada “Almaniya üçün Alternativ” (AfD) partiyasından Bundestaq deputatı Torben Braqa isə Trampın onlar üçün mənfi təsir göstərdiyini qeyd edib.

Digər AfD siyasətçisi Matthias Moosdorf isə daha sərt danışaraq Budapeştlə Tramp administrasiyası arasında “nümayişkaranə dostluq” Orbanın boynuna “daş kimi asıldı”ğını qeyd edib.

İtaliyanın baş naziri Corca Meloni üçün isə dönüş nöqtəsi Trampın Roma Papasına qarşı hücumları olub. Mənbələr bildirir ki, Meloni bu məsələni siyasi baxımdan həssas qiymətləndirib və Vatikanla münasibətlərin İtaliya siyasətində mühüm rol oynadığını nəzərə alıb.

Bununla yanaşı, Politico qeyd edir ki, Yaxın Şərqdə müharibə və enerji qiymətlərinin artması Avropada ABŞ-a qarşı narazılığı artırıb və bu da Tramp faktorunu daha da “ağır yükə” çevirib.

Buna baxmayaraq, bütün sağçı qüvvələr eyni mövqedə deyil. AfD lideri Alisa Vaydel Trampla əlaqələri problem hesab etmədiyini bildirib və Orbanın kampaniyasını müsbət qiymətləndirib.

Politico xatırladır ki, Tramp hakimiyyətə qayıtdıqdan sonra ABŞ administrasiyası Avropadakı sağçı və anti-immiqrasiya qüvvələri ilə əməkdaşlığı hətta milli təhlükəsizlik strategiyasının bir hissəsi kimi formallaşdırmağa çalışırdı.

Lakin indi vəziyyət dəyişib. Le Penə yaxın mənbələr “Vaşinqtonla yaxınlığın yanlış başa düşülə bilər və Fransanın kiminsə ona nə etməli olduğunu diktə etməsini istəmədiyini” bildiirblər

Politico-nun qənaətinə görə, Trampın təsiri hələ də güclü olsa da, Avropada onunla açıq siyasi assosiasiya artıq üstünlük deyil — getdikcə seçki baxımından riskə çevrilir.

Musavat.com

Избранный
14
musavat.com

1Источники