RU

Lukashenko ABŞ ın xarici siyasətini tənqid edib: “Siz heç də demokrat deyilsiniz”

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ-ın xarici siyasətini “siz heç də demokrat deyilsiniz” sözləri ilə tənqid edib.

Bizimyol.info xəbər verir ki, dövlət başçısı bu barədə "RT" telekanalına verdiyi müsahibədə bildirib.

“ABŞ-ın Venesueladakı siyasəti, Kübəyə yönəlmiş təhdidlər və Yaxın Şərqdəki müharibələr, həmçinin digər məsələlər göstərir ki, siz əslində diktatorsunuz. Siz heç də demokrat deyilsiniz”, – deyə o qeyd edib.

Belarus prezidenti əlavə edib ki, belə bir siyasət ən əsas insan hüququ – yaşamaq hüququ ilə ziddiyyət təşkil edir. “Əgər siz insan hüquqlarını dəstəkləyirsinizsə, onda insana ən əsas hüququ – yaşamaq hüququnu həyata keçirməyə imkan verin. İnsan yaşamaq istəyirdi, xüsusilə də uşaqlar. Siz onları məhv etdiniz. Bu isə insan hüquqları barədə söylədiyiniz bütün sözləri tamamilə alt-üst edir”, – deyə Lukaşenko bildirib.

Prezident ABŞ-ın siyasətinin demokratiya və insan hüquqları deyil, maraqlar üzərində qurulduğunu vurğulayıb. İranla müharibə halında məqsəd neft və qaz üzərində nəzarət qazanmaqdır. “Bu maraqlar (neft və qaz) hər vasitə ilə, o cümlədən hərbi güc tətbiq etməklə əldə edilir. Siz hüquqlara məhəl qoymadan bombalamağa, dağıtmağa, məhv etməyə hazırsınız – bu, diktaturanın əsas prinsipidir”, – deyə Lukaşenko qeyd edib.

Bundan əlavə, Belarus prezidenti hesab edir ki, hətta ABŞ-ın özündə də demokratiya yoxdur: “Siz insan hüquqlarından, demokratiyadan danışırsınız, amma əslində ölkədə heç nə dəyişmir. Bəlkə, sizin ölkədə daxili diktatura mövcuddur?”, - deyə o əlavə edib.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
bizimyol.info

1Источники