RU

“Təəccüblənə bilərsiniz...” - Alen Simonyan Real TV-yə danışdı

Ermənistan Milli Məclisdə sədri Alen Simonyan Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə görüşünü yüksək qiymətləndirib.

"Yeni Sabah" xəbər verir ki, o, görüşdən sonra Azərbaycanın "Real TV" televiziya kanalına verdiyi müsahibədə deyib:

"Görüş yaxşı keçdi. Təəccüblənə bilərsiniz, amma heç bir fikir ayrılığı yoxdur. Qarşılıqlı anlaşma, əməkdaşlıq və gələcək üçün planlar var. Müzakirələrimiz zamanı heç bir maneə ilə qarşılaşmadıq və ümid edirəm ki, gələcəkdə də olmayacaq".

Ermənistan və Azərbaycan arasında qurulan ticarət-iqtisadi əlaqələrə toxunan Simonyan qarşılıqlı ticarətin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb:

"Uzun müddətdir deyirəm ki, bizə ticarət lazımdır. Düşünürəm ki, bu əməkdaşlığı genişləndirməliyik. Bildiyim qədəri ilə iş adamları, hökumətlər və müvafiq qurumlar artıq bu istiqamətdə işləyirlər və bu, çox yaxşıdır. Hər iki ölkənin xeyrinə bu işi dərinləşdirməyə davam etmək lazımdır".

Ermənistan Milli Məclisinin sədri qeyd edib ki, iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini yüksək qiymətləndirib.


Telegram kanalımız
Избранный
18
1
yenisabah.az

2Источники