RU

“Çelsi” ekvadorlu futbolçu ilə müqavilənin müddətini uzadıb

Bakı, 17 aprel, AZƏRTAC

İngiltərənin "Çelsi" komandası futbolçusu Moyses Kaysedo ilə müqaviləni yeniləyib.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, ekvadorlu yarımmüdafiəçi ilə sözləşmənin müddəti 2033-cü ilin iyun ayına qədər uzadılıb.

"Çelsi"yə 2023-cü ilin yayında "Brayton"dan keçən Kaysedo London təmsilçisi ilə UEFA Konfrans Liqası və Klublararası Dünya Çempionatının qalibi olub. O, İngiltərə klubunun heyətində ümumilikdə 140 oyun keçirib.

Избранный
10
azertag.az

1Источники