RU

Londonun mərkəzindəki park şübhəli əşyaların aşkarlanması ilə əlaqədar bağlanıb

London, 17 aprel, AZƏRTAC

Böyük Britaniyanın paytaxtı London şəhərinin mərkəzindəki “Kensington Gardens” parkını polis bağlayıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, buna səbəb parkda aşkarlanan bir neçə şübhəli əşya ilə bağlı araşdırmanın aparılmasıdır.

Metropoliten Polisinin yaydığı məlumata görə, sosial şəbəkələrdə yayılan videoda bir qrupun İsrailin Londondakı səfirliyinin ərazisini təhlükəli maddələr daşıyan dronlarla hədəf aldığını iddia etməsindən sonra tədbirlər gücləndirilib. Lakin polis səfirliyə heç bir hücumun baş vermədiyini və görüntülərlə bağlı araşdırmanın aparıldığını bildirib. Parkın araşdırma yekunlaşanadək bağlı qalacağı diqqətə çatdırılıb.

Səfirliyin yaydığı açıqlamada hücumun baş vermədiyi və əməkdaşların təhlükəsiz olduğu diqqətə çatdırılıb.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Избранный
20
azertag.az

1Источники