London birjası ICE-də 2026-cı ilin iyun ayı üzrə tədarük edilən Brent nefti fyuçersinin qiyməti 11 mart 2026-cı ildən bəri ilk dəfə olaraq bir barel üçün 88 dollardan aşağı düşüb.
Bakı vaxtı ilə saat 17:28-ə olan məlumata görə, Brent nefti 11,75% ucuzlaşaraq 87,71 dollar/barel səviyyəsinə düşüb. Bu da 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı göstəricidir.
Daha sonra Brent neftiin qiymətinin enişi yavaşlayaraq 89,39 dollar/barel səviyyəsinə qalxıb (-10,06%). Eyni vaxtda WTI nefti 10,58% ucuzlaşaraq 81,52 dollar/barel olub.