RU

Provayderlərin 2026 cı ilin Mart ayı üzrə internet sürət göstəriciləri dərc edildi

ain.az, Marja.az portalına istinadən məlumat verir.

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) qlobal internet performans qiymətləndirici platforması olan “Ookla” şirkətinin metodologiyası əsasında sabit genişzolaqlı internet üzrə provayderlərin 2026-cı ilin Mart ayı üzrə internet sürət göstəricilərini dərc edib.

“Speedtest Intelligence” məlumatları əsasında hazırlanmış “Sabit genişzolaqlı internet xidmətləri üzrə Mart 2026 Təhlili” Agentliyin rəsmi internet səhifəsində yerləşdirilib.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Təqdim edilən hesabat internet sürəti üzrə dörd kateqoriyalı təsnifat modeli əsasında hazırlanıb.

Sürət kateqoriyaları

Çox yüksək sürət — 150+ MbpsÇox yüksək performans təqdim edən provayderlər.

Yüksək sürət — 101–149 MbpsYüksək səviyyəli genişzolaqlı xidmət təqdim edən provayderlər.

Orta sürət — 50–100 MbpsƏksər istifadəçi paketlərinin yerləşdiyi geniş bazar seqmenti.

Aşağı sürət — 1–49 MbpsNisbətən aşağı performans göstəriciləri olan xidmətlər.

Bu yanaşma istifadəçilərə bazarda fəaliyyət göstərən internet provayderlərinin performans səviyyəsini daha aydın və müqayisəli şəkildə qiymətləndirməyə imkan verir.

Kateqoriyalar Ookla Speedtest Intelligence platformasından əldə edilən median ölçmə nəticələrinə əsasən İKTA tərəfindən analitik şəkildə formalaşdırılaraq təqdim olunur.

Mart ayı üzrə ölkə göstəricilərinə əsasən sabit genişzolaqlı internetin:

median endirmə sürəti (download) 91.94 Mbit/s,

median yükləmə sürəti (upload) 93.43 Mbit/s,

median gecikmə (latency) 4 ms təşkil edib.

İKTA hesab edir ki, bu cür analitik təqdimat modeli:

telekommunikasiya bazarında şəffaflığın artırılmasına,

provayderlər arasında sağlam rəqabətin təşviqinə,

istifadəçilərin internet xidmətlərini daha məlumatlı şəkildə seçməsinə

mühüm töhfə verir.

Agentlik Ookla ilə əməkdaşlığı davam etdirərək ölkə üzrə internet performans göstəricilərinin monitorinqini və analitik təhlillərin genişləndirilməsini planlaşdırır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
4
marja.az

5Источники