RU

Hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşdırılacaq

Hava

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaqSabah Azərbaycanın magistral avtomobil yollarında müşahidə ediləcək vəziyyət acıqlanıb.Ulusum.az Milli Hidrometeorologiya Xidmətinə əsasən xəbər verir ki, aprelin 18-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.Qeyd edək ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim cənub-qərb küləyi əsəcək. Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi qərb rayonlarında qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman müşahidə ediləcək. Mülayim şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Diqqət Çəkənlər

Livan və İsrail arasında atəşkəs

2 yaşlı uşaq boğazından bıçaqlandı

Müslüm Cabbarzadə nazir müavini TƏYİN OLUNDU

Избранный
13
1
ulusum.az

10Источники