RU

Hörmüzün açılması üçün ABŞ yanaşmasını dəyişməlidir İran XİN

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“ABŞ-ın reallıqları qəbul etməsi, maksimalist tələblərindən və İranın suverenliyinin pozulmasından əl çəkməsi halında Tehran Hörmüz boğazının açıq qalacağına zəmanət verir”.

525.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə jurnalistlərə bildirib.

“Hörmüz boğazı İranın ərazi sularında yerləşir. O, İran ərazisinin bir hissəsidir və İranın qərarı ilə minilliklər boyu açıq qalıb. İran son dərəcə qətiyyətli və məsuliyyətli bir oyunçudur. Biz bu boğazın həmişə açıq qalmasını təmin etməyə böyük əhəmiyyət veririk. Lakin indiyeni qaydalar qəbul edilməlidir", - o deyib. 

Əlavə edib ki, bölgədəki mövcud vəziyyət bunu təkcə təhlükəsizlik səbəbləri üçün deyil, həm də təhlükəsiz keçid və ətraf mühit məsələlərini təmin etmək üçün tələb edir: “Sizi əmin edirəm ki, əgər bu müharibə birdəfəlik bitərsə və amerikalılar maksimalist mövqelərindən əl çəkib hərtərəfli həll üçün ədalətli, balanslı və bərabər şərtlərlə razılaşıb, reallığı qəbul etsələr, Hörmüz boğazı əbədi olaraq sülh və əmin-amanlıq boğazı olaraq qalacaq”.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
525.az

1Источники