RU

"Oyunun əvvəlində bir qədər zəif müdafiə olunduq" - "Abşeron Lions"un baş məşqçisi

Azərbaycan Basketbol Liqasının 1/4 final mərhələsinin ikinci oyununda da "Şəki"ni məğlub edərək (105:94) yarımfinala yüksələn "Abşeron Lions"un baş məşqçisi Erhan Toker səfər matçının ardından fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, türkiyəli mütəxəssis klubun mətbuat xidmətinə danışıb: 

"Zədəli Jalen Şou və xəstə olan Aubri Makalpaynın xidmətindən yararlana bilmədik. Oyunun əvvəlində bir qədər zəif müdafiə olunduq. Buna baxmayaraq, hücumdakı çıxışımız yaxşı alındı və balansı qoruduq".

O, hər iki komandanın basketbolçularına yaxşı mübarizəyə görə təşəkkür edib:

"Şəki" üçün mövsüm bu gün başa çatdı, amma çox gözəl mübarizə apardılar. Sevincliyik, "4-lər finalı"na vəsiqə qazandıq. İndi rəqibimizi gözləyəcəyik. Çempionatı bacardığımız qədər ən yüksək nöqtədə bitirmək istəyirik. Bir daha pley-offda oynayan bütün komandalara təşəkkür edirəm".

Xatırladaq ki,  "Abşeron Lions" ilk görüşdə 109:78 hesabı ilə qalib gəlmişdi.

Избранный
9
1
fanat.az

2Источники