RU

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən daxilolmalar 85 % ə yaxın artıb

ain.az bildirir, Banco.az portalına istinadən.

Bu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirmə və icarədən dövlət büdcəsinə 93,6 milyon manat köçürüb.

Dövlət Xidməti xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 84,6 % çoxdur.

Məlumata görə, yanvar-mart aylarında 14 hərrac keçirilib. Hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi və 298 nəqliyyat vasitəsi özəlləşdirilib. Bunun hesabına büdcəyə 79,8 milyon manat vəsait daxil olub.

Bundan başqa, rüb ərzində 141-i qeyri-yaşayış, 1 127-si torpaq sahələri üzrə olmaqla 1 268 yeni icarə müqaviləsi bağlanılıb. Bunun hesabına büdcəyə 13,8 milyon manat köçürülüb.

Son 1 ildə özəlləşdirmə gəlirləri 98 %, icarə gəlirləri isə 32,7 % artıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
9
3
banco.az

4Источники