RU

Avropada yeraltı qaz anbarlarının doluluq nisbəti 30 faizə yaxınlaşır

Bakı, 17 aprel, AZƏRTAC

Avropa İttifaqında yeraltı qaz anbarlarının doluluq nisbəti hazırda 29,56 faiz və ya 334,87 TVt/saatdır.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, “köhnə qitədə” təbii qaz qiymətlərində azalması tendensiyası müşahidə olunur. Niderlandın TTF habında fyuçers müqavilələrində qazın qiyməti 1,5 faiz azalaraq meqavat-saat üzrə 41,77 avrodur. Bu, martın 2-dən bəri ən aşağı göstəricidir.

Ekspertlərin fikrincə, Yaxın Şərqdəki gərginliyin və Hörmüz boğazında blokadanın davam etməsi fonunda yüksək qiymətlər və mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün zəifləməsi qitədə anbarların doluluq nisbətinə təsirsiz ötüşmür.

Избранный
13
1
azertag.az

2Источники