RU

Papaya qarşı ağlasığmaz təxribat: Arxasında kimlər dayanır?

ABŞ Prezidenti Donald Tramp ilə Katolik dünyasının ruhani lideri və Vatikan Dövlət Başçısı Papa 14-cü Leo arasındakı gərginliyin artdığı bir dövrdə, ABŞ-də diqqətçəkən təhlükəsizlik hadisəsi baş verib.

"Cebheinfo.az" xəbər verir ki, “T24”-də yer alan xəbərə görə, Papa Leonun Afrikada etdiyi və Trampa qarşı sərt ifadələr ehtiva edən açıqlamalarından sonra, İllinoys ştatında yaşayan qardaşı Con Prevostun evinə bomba qoyulması ilə bağlı xəbərdarlıq daxil olub.

Xəbərdarlıq əsasında təhlükəsizlik qüvvələri bölgəyə cəlb edilib, evin yerləşdiyi məhəllə qısa müddətdə boşaldılıb. Hadisə səbəbindən ərazidə geniş təhlükəsizlik tədbirləri görülərkən, məhəllə sakinləri əvvəllər oxşar vəziyyətlə qarşılaşmadıqlarını bildiriblər.

Aparılan araşdırmalardan sonra xəbərdarlığın həqiqəti əks etdirmədiyi müəyyən olunub. Təhlükənin aradan qalxmasından sonra sakinlər evlərinə geri dönüblər, polis qruplarının isə hadisənin qaynağını müəyyən etmək üçün başlatdığı təhqiqatın davam etdiyi bildirilib.

Избранный
17
1
cebheinfo.az

2Источники