RU

Məşhur serialların ssenariləri dəyişdirilir - Hücumlardan sonra

Türkiyənin Kahramanmaraş və Şanlıurfa şəhərlərində məktəblərdə baş verən qanlı hücumlardan sonra televiziya serialları və video oyunlar ciddi nəzarət altına alınıb.

Ölkə.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, ardıcıl silahlı hücumlar cəmiyyətdə böyük bir ajiotaj yaradıb və zorakı məzmunun təsiri ilə bağlı müzakirələri yenidən alovlanıb.

Türkiyəli jurnalist Birsen Altuntaşın yazdığına görə, bəzi cinayət və zorakılıq mövzulu serialların yeni bölümləri yayımdan qaldırılıb.

"Yeraltı", "Eşref Tek", "A.B.İ." və "Taşacak Bu Deniz" kimi serialların ssenarilərində dəyişikliklər edilməsinə qərar verilib.

Prodüserlər artan reaksiyalara cavab olaraq tədbir görüblər. Seriallarda zorakılıq və silah səhnələrini azaltmaq üçün ssenarilərin yenidən nəzərdən keçiriləcəyi və yeni bölümlərin buna uyğun olaraq yenidən formatlanacağı bildirilir.

Qeyd edilir ki, son silahlı hücumlardan sonra təkcə prodüserlər deyil, reklamçılar da geri çəkilib. Bir çox şirkətin zorakılıq xarakterli istehsallara reklam  verməyi dayandırmaq qərarına gəlib.

Xatırladaq ki, son günlərdə türkiyənin kahramanmaraş və Şanlıurfa şəhərlərindəki məktəblərdə baş verən silahlı hücumlar nəticəsində 10 nəfər ölüb, 32 nəfər yaralanıb.
Hadisələrin arxasında şiddət məzmunun olduğu, hücumları törədən şəxslərin bu cür videooyunlara maraq göstərdiyi bildirilir.

Billurə
 

Избранный
35
1
olke.az

2Источники