Milli.Az xəbər verir ki, "Haber Global"ın məlumatına əsasən, "Yeraltı", "Eşref Rüya", "A.B.İ." və "Taşacak Bu Deniz" kimi serialların ssenarilərində ciddi dəyişikliklər ediləcək. Eyni zamanda, bir çox reklamçı şirkət zorakılıq ehtiva edən ekran işlərinə maliyyə dəstəyini dayandırmaq qərarına gəlib.
Məlumata görə, ölkədə bu məsələ ilə bağlı ictimai narazılıq artmaqdadır. Bəzi vətəndaşlar baş verən hadisələrə televiziya serialları və kompüter oyunlarının təsir etdiyini iddia edirlər.
Artan ictimai təzyiq fonunda prodüserlər təcili tədbirlər görməyə başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31