RU

ABŞ-nin silah anbarları boşalır: Avropaya tədarük azalıb

ABŞ İran müharibəsindəki sursat ehtiyacını əsas gətirərək Avropa ölkələrinə silah göndərişini dayandırıb.

"Cebheinfo.az" xəbər verir ki, “Reuters”in xəbərinə görə, ABŞ-li rəsmilər bəzi avropalı həmkarlarına bildiriblər ki, İrandakı müharibənin silah ehtiyatlarını tükətməyə davam etməsi səbəbindən əvvəllər müqaviləsi bağlanmış bəzi silah çatdırılmalarının gecikmə ehtimalı yüksəkdir.

Agentliyə danışan mövzuya yaxın beş mənbə Baltik bölgəsi və Skandinaviya daxil olmaqla bir çox Avropa ölkəsinin bu vəziyyətdən təsirlənəcəyini qeyd edib.

Mənbələr sözügedən silahların bir hissəsinin Avropa ölkələri tərəfindən Xarici Hərbi Satışlar (FMS) proqramı çərçivəsində satın alındığını, lakin hələ çatdırılmadığını bildiriblər.

ABŞ-li rəsmilər son günlərdə ikitərəfli görüşlərdə avropalı rəsmilərə bu çatdırılmaların böyük ehtimalla ertələnəcəyini çatdırıblar.

Vaşinqton Tramp dövründə FMS proqramı da daxil olmaqla, Avropadakı NATO tərəfdaşlarını daha çox ABŞ istehsalı olan material satın almağa məcbur etmişdi.

ABŞ-li rəsmilər bu silahların Yaxın Şərqdəki müharibə üçün zəruri olduğunu bildirərək, Avropa ölkələrini ABŞ-nin və İsrailin Hörmüz boğazını açmasına kömək etməməkdə ittiham edirlər.

İran müharibəsi başlamazdan əvvəl belə, ABŞ Ukrayna müharibəsi və İsrailin Qəzza işğalına təmin etdiyi silahlar səbəbindən artilleriya sistemləri, sursat və tank əleyhinə raketlər daxil olmaqla milyardlarla dollar dəyərində silah ehtiyatını tükətmişdi.

Избранный
12
1
cebheinfo.az

2Источники