RU

İspan futbol jurnalistinin Türkiyədə ağzı açıq qaldı VİDEO

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniyalı futbol jurnalisti Pablo Fuentes Türkiyədə yaşadığı təcrübə ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, o, Türkiyənin aşağı liqalarında çıxış edən "Eskişehirspor" klubunun ev oyununu izləmək üçün stadiona yollanıb. Lakin jurnalist qarşılaşmadan çox tribunadakı ab-havadan təsirlənib.

Pablo Fuentes stadionda gördüyü izdihamlı azarkeş dəstəyi, bitməyən şüarlar və coşqulu atmosfer qarşısında təəccübünü gizlədə bilməyib. O, bu səhnənin daha yüksək liqalardakı oyunlardan geri qalmadığını, hətta bəzi hallarda daha təsirli göründüyünü qeyd edib.

Jurnalistin reaksiyası sosial şəbəkələrdə də yayılıb və istifadəçilər Türkiyə futbolunda azarkeş mədəniyyətinin gücünü bir daha vurğulayıblar. Bir çoxları aşağı liqalarda belə bu cür atmosferin yaranmasını futbol sevgisinin bariz nümunəsi kimi qiymətləndirib.

Hüseyn

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
6
1
news.milli.az

2Источники