RU

İran dəhlizləri yeni bloklaşmalar yarada bilər?

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Son geosiyasi proseslər göstərir ki, İran ətrafında gedən mübarizə təkcə siyasi və hərbi deyil, eyni zamanda nəqliyyat və enerji dəhlizləri üzərində nəzarət uğrunda rəqabətdir.

Bu sözləri Gununsesi.info-ya siyasi şərhçi Mürtəza Bünyadlı deyib.

O bildirir ki, İran faktiki olaraq Avropa ilə Asiyanı birləşdirən əsas marşrutların kəsişməsində yerləşir. Bu baxımdan, ölkə “Cənub dəhlizi”nin mühüm halqası hesab olunur. Xüsusilə Hörmüz boğazı vasitəsilə dünya enerji tədarükünün böyük hissəsi daşınır.

Onun sözlərinə görə, ABŞ bu dəhlizlər üzərində nəzarəti saxlamaq və alternativ marşrutları gücləndirmək istəyir, Çin İranı “Bir kəmər, bir yol” təşəbbüsünün əsas halqası kimi qorumağa çalışır, Rusiya İran vasitəsilə sanksiyalardan yan keçmək üçün çıxış imkanları əldə edir, Avropa İttifaqı isə enerji və ticarət təhlükəsizliyi baxımından bu marşrutlardan asılı vəziyyətdə qalır

Politoloq eyni zamanda hesab edir ki, yaxın perspektivdə tammiqyaslı müharibə ehtimalı aşağıdır, lakin gərginlik yüksək səviyyədə davam edəcək. Bu isə İranın uzun müddət qlobal siyasətin mərkəzində qalacağını göstərir.

Maqsud

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
icma.az

1Источники