RU

Sabiq nazir müavini: Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində Bolqarıstanın əsas tərəfdaşıdır

Bakı, 17 aprel, AZƏRTAC

Azərbaycan xüsusən də regiondakı mürəkkəb geosiyasi vəziyyət nəzərə alınmaqla, enerji təhlükəsizliyinin təmin edilməsində Bolqarıstanın əsas tərəfdaşıdır.

Bu barədə Bolqarıstan energetika nazirinin sabiq müavini Yavor Kuyumciyev AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının son buraxılışında bildirib.

Onun sözlərinə görə, ildə təxminən bir milyard kubmetr qaz tədarükünə dair uzunmüddətli müqavilə ölkənin enerji sabitliyinin təmin edilməsində mühüm rol oynayır və daxili istehlakın əhəmiyyətli bir hissəsini təmin edir. Ekspert qeyd edib ki, bu tədarük həcmi təkcə Bolqarıstanı deyil, həm də müəyyən dərəcədə Yunanıstan və İtaliyanın da daxil olduğu Cənubi Avropa ölkələrini əhatə edir.

Sabiq nazir müavini vurğulayıb ki, Bolqarıstan geniş hazırlıq və danışıqların nəticəsi olan enerji müqaviləsinin ardıcıl şəkildə həyata keçirilməsinə görə Azərbaycana minnətdarlığını bildirir. O, bu müqaviləni regional enerji sabitliyinin vacib elementi kimi qiymətləndirib.

Müəllif - Tamilla Məmmədova

Избранный
24
azertag.az

1Источники