RU

Agentliyin sabiq direktoruna yeni vəzifə verildi

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin sabiq direktoru Nazim Qasımzadə yeni vəzifəyə təyinat alıb.

Modern.az xəbər verir ki, o, kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış "B&B Security" şirkətinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin olunub.

Xatırladaq ki, N.Qasımzadə 2009-cu ildən Dövlət Xəzinədarlıq Agentliyində müxtəlif vəzifələrdə işləyib. O, 2022-ci ildən Agentliyin direktoru vəzifəsində çalışıb və bu ilin yanvarında vəzifəsindən azad olunub.

Qeyd edək ki, "B&B Security" 2019-cu ildən kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərir. Şirkət istənilən biznesin kibertəhdidlərə qarşı dayanıqlığını artırmaq üçün kibertəhlükəsizlik həlləri təqdim edir.(İqtisadiyyat.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
1
modern.az

2Источники