Bakı. Trend:
Şanlıurfanın Siverek rayonunda özünü şagird valideyni kimitəqdim edən bir şəxsi direktor müavininə bıçaqlı hücum etməyəçalışıb.
Trend bu barədəTürkiyə mediasına istinadən xəbər verir.
Şanlıurfa Valiliyi bildirib ki, Siverek rayonundakı bir ortaməktəbə gələrək özünü valideyn kimi tanıdan şəxs şübhəlidavranışlar sərgilədiyi üçün məktəbdə xidmət aparan polistərəfindən zərərsizləşdirilib.
“Bu gün Siverekdə yerləşən Dumlupınar orta məktəbinə gələrəközünü şagird valideyni kimi təqdim edən və şübhəli hərəkətlər edənbir şəxs məktəbdə olan polisimiz tərəfindən zərərsizləşdirilib”,-deyə o bildirib.
Digər təfərrüatlar barədə məlumat verilmir.