RU

Hikmət Hacıyev: “Azərbaycan əvvəldən regional sahiblik konsepsiyasının qətiyyətli müdafiəçisi olub” – FOTO

“Antalya Diplomatiya Forumu çərçivəsində “Dəyişən dünyada regional sahibliyin rolu” mövzusunda çıxış etməkdən qürur duyuram”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu ilə bağlı sosial media hesabındakı paylaşımında qeyd edib.

Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə inamın sarsıldığı və qütbləşmənin dərinləşdiyi indiki dövrdə regional sahiblik artıq strateji bir zərurət və məsuliyyətə çevrilib.

“Bizim baxış bucağımızda bu yanaşma həm də regional liderliyi, inklüzivliyi və ortaq məsuliyyəti əhatə edir. Azərbaycan əvvəldən regional sahiblik konsepsiyasının qətiyyətli müdafiəçisi olub. Regional təhlükəsizliyin əsası kimi çıxış edən Azərbaycan-Türkiyə müttəfiqliyindən başlayaraq, Azərbaycan-Gürcüstan-Türkiyə və Azərbaycan-İran-Türkiyə kimi üçtərəfli formatlar, eləcə də qonşu bölgələrlə daha geniş əlaqələr qurulması istiqamətindəki səylərimiz institusional regional əməkdaşlığın sabitlik və rifahı necə təmin etdiyini bariz şəkildə göstərir”, – deyə Prezidentin köməkçisi bildirib.

Избранный
23
editor.az

1Источники