RU

“Space TV” ilə bağlı yayılan xəbərlərə rəsmi Cavab

Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Space” televiziyası fəaliyyətini davam etdirir və efir plan üzrə sabit şəkildə həyata keçirilir.

Axşam.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında “Space” televiziyasının icraçı direktoru Nəriman Abdul-Əliyev deyib.

O bildirib ki, hazırda kanal daxilində struktur və idarəetmə ilə bağlı optimallaşdırma prosesi aparılır:

“Bu addımlar fəaliyyətin daha effektiv və dayanıqlı modelə keçidini təmin etmək məqsədi daşıyır. Maliyyə məsələləri üzrə sistemli iş aparılır və mövcud öhdəliklərin mərhələli şəkildə tənzimlənməsi nəzərdə tutulur. Kadr dəyişiklikləri daxili idarəetmə qərarları çərçivəsində həyata keçirilir və bu kimi məsələlərlə bağlı əlavə şərh verməyi məqsədəuyğun hesab etmirik”.

Nəriman Abdul-Əliyev qeyd edib ki, mediada yayılan bəzi məlumatlar ümumi vəziyyəti tam əks etdirmir:

“Kanalın fəaliyyəti nəzarət altındadır və bütün proseslər plan üzrə idarə olunur”.

Qeyd edək ki, bir neçə gün öncə Vado Korovin "Space" televiziyasının direktoru vəzifəsindən uzaqlaşdırılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
26
axsam.az

10Источники