Bakı. Trend:
ABB-nin tərəfdaşlıq dəstəyi ilə ADA Universitetində növbəti“Karyera Həftəsi” keçirilib. “Karyera Həftəsi”nin məqsədi tələbə vəməzunları ölkəmizin əmək bazarı, mövcud karyera imkanları ilə tanışetməkdir.
ADA-nın hər il ənənəvi qaydada keçirdiyi “Karyera Həftəsi”ndəmüxtəlif müzakirə panelləri, seminar və təqdimatlar təşkil olunur.Bu tədbirlərdə ayrı-ayrı qurumların rəhbər təmsilçiləri də iştirakedir. Universitetin tələbə və məzunları onlarla tanış olur, işgüzarəlaqələr qururlar.
“Karyera Həftəsi”nin açılışında ABB-nin İdarə Heyəti sədrininmüavini, Baş risk inzibatçısı Aqşin Əmirov da çıxış edib. O,tələbələrə bank sektorunda karyera yolu barədə məlumat verib. Busahədə çalışmaq istəyən gənclər üçün faydalı ola biləcəktəcrübələrini bölüşüb.
ABB-nin tərəfdaşlıq dəstəyi ilə təşkil olunmuş “KaryeraHəftəsi”nə 20-dən çox qurum qatılıb. Tələbələr bu qurumlarıntəmsilçilərinin iştirakı ilə maraqlı təqdimatlar dinləyib, gələcəkkaryera həyatları üçün faydalı məlumatlar alıblar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəməlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internetsəhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmiFacebook səhifəsindən əldə etmək olar.