RU

Azərbaycan-Rusiya İşgüzar Şurasının iştirakçısı: Çalışırıq faydalı əməkdaşlıq əlaqələri quraq

Bakı, 17 aprel, AZƏRTAC

Azərbaycan da Rusiya kimi neft və qaz ölkəsi olduğundan bu sahədə fəaliyyət göstərən şirkətlərin əməkdaşlıq əlaqələri qurması məqsədə uyğundur. Biz Azərbaycan-Rusiya İşgüzar Şurasında iştirak etməklə Azərbaycanın neft və qaz sahəsində fəaliyyət göstərən biznes strukturları ilə əlaqə qurmağa çalışırıq.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Rusiyanın “Prosesing Technologi” şirkətinin rəhbəri Nikolay Titov deyib.

O bildirib ki, rəhbərlik etdiyi şirkət neft istehsalı və hasilatı zamanı istifadə olunan cihazlar və neft nəqli üçün nasoslar istehsal edir.

“Bizim azərbaycanlı həmkarlarla işgüzar əlaqələrimiz var. Lakin biz çalışırıq daha geniş və əhatəli formada faydalı əməkdaşlıq əlaqələri quraq. Bakıda şirkətimizin nümayəndəliyi açılıb və ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycandan olan tərəfdaşlar ilə birlikdə biznesimizi inkişaf etdirəcəyik. Hazırda yerli şirkətlərlə təcrübə mübadiləsi aparırıq və Azərbaycana sərmayə yatırmaq istəyirik. Bunun üçün yerli qanunlar və biznes mühiti ilə tanış oluruq. Güman edirəm ki, Azərbaycana sərmayə yatıracağımız gün uzaqda deyil. Sərmayə yatırımından sonra Azərbaycanda müəssisə yaradıb yerli tərəfdaşlarla istehsal prosesinə başlamaq da olar. Mən Azərbaycan-Rusiya İşgüzar Şurasının işinin perspektivinə inanıram. Əminəm ki, yaxın gələcəkdə bu şuraya daxil olan iş adamları və şirkətlər qarşılıqlı əlqələr quraraq geniş biznes layihələrini həyata keçirəcəklər”, - deyə N. Tiktov əlavə edib.

Избранный
50
1
azertag.az

2Источники