Bir müddət öncə Əməkdar rəssam Fikrət Ələkbərov dövlətin bağışladığı evi Əbülfəs Qarayevin ona 36 minə satıldığını iddia etmişdi.
Editor.az manset.az-a istinadən xəbər verir ki, keçmiş mədəniyyət naziri deyilənlərin əsassız olduğunu bildirib:
“Mən o mövzuya toxunmaq istəmirəm. Köhnə məsələlərdir, yoxlamalar olub. Bu, tamamilə yalnış məlumatdır. Bilmirəm, haradan götürüb. 6 ildir işdən çıxmışam. Bu işlərdən tamamilə uzağam. Mən müəllimlik edərək həyatımı sürürəm. Bununla da məsələ bitdi”.