RU

Azərbaycan və Ermənistan parlament sədrləri İstanbulda görüşüblər (FOTO)

Bakı. Trend:

Aprelin 17-də İstanbulda Parlamentlərarası İttifaqın (PAİ)152-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistanparlamentlərinin sədrləri arasında ikitərəfli görüş keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənTrend-ə verilənməlumata görə, görüş zamanı iki ölkə arasında münasibətlərinnormallaşması çərçivəsində sülh və sabitliyin gücləndirilməsi,eləcə də ticarət əlaqələrinin qurulması və genişləndirilməsi iləbağlı son proseslər məmnunluqla qeyd edilib.

Söhbətdə PAİ Assambleyasının parlamentlərarası əməkdaşlıq üçünmühüm platforma kimi rolu vurğulanaraq, bu baxımdan qurumun Başkatibi Martin Çunqonqun Azərbaycan və Ermənistan parlamentlərininsədrləri arasında dialoqun qurulmasında göstərdiyi səylər yüksəkqiymətləndirilib, ona təşəkkür ifadə edilib.

Spikerlər 2025-ci ilin oktyabrında Cenevrədə baş tutmuş görüşdənsonra parlament nümayəndə heyətləri arasında beynəlxalq təşkilatlarçərçivəsində təmasları müsbət dəyərləndirib və bu təmasların davametdirilməsi barədə razılığa gəliblər.

Görüşdə spikerlər iki cəmiyyət arasında etimadın daha damöhkəmləndirilməsi üçün konstruktiv parlament dialoqunun davametdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Избранный
31
22
az.trend.az

10Источники