RU

Heybət Qədirov yeni sədr seçildi – FOTO

“Azərbaycan Kredit Bürosu” MMC-nin (AKB) Səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə qurumun Müşahidə Şurasına yeni sədr seçilib.

NOCOMMENT.az Büroya istinadən xəbər verir ki, bu, “Unibank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Heybət Qədirovdur.

O, AKB-nin rəhbərliyində Bankın keçmiş sədri Fərid Abuşovu əvəz edib.

Şuranın digər üzvləri Zamiq Məmmədov (“Azərbaycan Beynəlxalq Bankı” ASC), Röyam Hüseynzadə (ASC “Xalq” Bankı), Elnur Həsənov (“Bank Respublika” ASC), Cavid Mirzəyev (“Kapital Bank” ASC), Aydın Hüseynov (“Rabitəbank” ASC) və Seymur Əliyevdir (“ZiraatBank Azərbaycan” ASC).

Xatırladaq ki, AKB 2018-ci il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun səhmdarları hər biri 12,5% payla 8 bank – “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank (Azerbaijan)” ASC-lərdir.

Избранный
15
nocomment.az

1Источники