RU

Bu istiqamətdə qatarların hərəkət vaxtı azaldılıb

Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən sərnişin məmnuniyyətinin artırılması və daşımaların daha səmərəli təşkili istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Bakı–Kürdəmir marşrutu üzrə qatarların hərəkət vaxtı əhəmiyyətli dərəcədə azaldılıb.

Hafta.az xəbər verir ki, bunu Kürdəmir dəmiryolu stansiyasına təşkil olunan mediaturda ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcovun bildirib. Onun sözlərinə görə, əvvəllər Bakıdan Kürdəmir stansiyasına qatarla səfər 3 saat 11 dəqiqə təşkil edirdisə, hazırda bu müddət 2 saat 11 dəqiqəyədək endirilib. Bu isə sərnişinlər üçün həm vaxt qənaəti, həm də daha komfortlu səyahət deməkdir.

Qeyd olunub ki, gündəlik əsasda fəaliyyət göstərən Bakı–Qazax–Bakı və Bakı–Balaxanı–Bakı qatarları vasitəsilə sərnişinlər Kürdəmir stansiyasına rahat şəkildə səfər edə bilərlər. Eyni zamanda, həftəsonları istismarda olan Bakı–Ağdam–Bakı və Bakı–Ağstafa–Bakı marşrutları da sərnişinlərin istifadəsinə verilib. Bu reyslər vasitəsilə vətəndaşlar yalnız Kürdəmir istiqamətinə deyil, həmçinin paytaxta, eləcə də ölkənin qərb və şimal-qərb bölgələrinə də səfər etmək imkanı əldə edirlər.

Azər Fərəcov vurğulayıb ki, ADY tərəfindən sərnişin daşımalarının keyfiyyətinin artırılması, xidmət səviyyəsinin yüksəldilməsi və infrastrukturun müasirləşdirilməsi istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir.

Избранный
22
hafta.az

1Источники