RU

Elçin Rüstəmli “Gününsəsi” ni təbrik etdi

ain.az, Gununsesi saytına istinadən bildirir.

Bu gün mediada bizim üçün əlamətdar gündür – dostumuz, peşəkar jurnalist Parviz Hashimlinin rəhbərlik etdiyi Gununsesi.info saytı 10 illik yubileyini qeyd edir.

Bu sözləri saytımıza açıqlamasında jurnalist Elçin Rüstəmli deyib.

“Təcrübə göstərir ki, jurnalist fəaliyyətinə çap mətbuatıdan başlayan, orada püxtələşən həmkarlarımızın onlayn mediadakı əksər layihələri uğurlu olub. Hazırda nadir istisna ilə geniş oxucu kütləsi olan populyar resursların hamısına onlar rəhbərlik edirlər. Bunun ilk səbəbi təcrübə və biliyin elektron informasiya məkanına transformasiyası olmaqla yanaşı, medianın cəmiyyətdəki rolunu dəqiq görmək və ona istiqamətlənmək bacarığıdır”. – deyə o qeyd edib.

Elçin Rüstəmli eyni zamanda deyib:

“Pərviz ömrünün yarıdan çoxunu – 25 ildən artıqdır bu sahəyə həsr edib və uğur qazanıb. Gununsesi.info-da onun uğurlarının bir hissəsidir. Əlbəttə, saytın yaradıcı və texniki kollektivinin əməyini də mühümdür. Amma baxış, vizion Pərviz bəyə məxsusdur. O, hər şeydən əvvəl ətrafda baş verən bütün hadisələrə jurnalist marağı ilə yanaşır, buna görə bəzən ciddi problemlrələ də üzləşir, şübhəsiz ki, bu onun peşəsinə nə qədər bağlı olduğunu göstərir. Onun çox yaxşı, etibarlı informasiya mənbələri var, ölkənin citimai-siyasi həyatında gündəmə çevrilən bir çox hadisələrin ilk xəbərçisi Pərviz Həşinlinin rəhbərlik etdiyi resurs olub. İkinci məqam, onun prioritet mövzuları Gununsesi.info-nu digər resurslardan fərqləndirir: Pərviz insan haqları, demokratiya, Azərbaycanın beynəlxalq təşkilatlarla, Avropa Məhkəməsi ilə münasibətləri ilə bağlı xəbərlərə xüsusi diqqət yetirir. Paralel olaraq vətəndaş hüquqları, məmur özbaşınalığı, məhkəmə-hüquq sahəsində problemlər də vaxtaşırı gündəmə gətirilir. Gununsesi.info saytının vətəndaşlara açıq olan azsaylı tribunalardan biri olması da ona ictimai etimad və oxucu gətirir. Əlbəttə, mövcud reallıqlarda 10 il ayaqda qalmaq, böyümək, inkişaf etmək çox çətin, məsuliyyətli işdir. Mən həmkarlarımıza uğurlar və yaradıcılıq eşqi arzu edirəm”.

Elmar

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
8
icma.az

1Источники