RU

“Azərbaycan Türkiyə iqtisadi əməkdaşlığı strateji səviyyəyə yüksəlib” DEPUTAT

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 16-da Türkiyəyə işgüzar səfər edib.

Gununsesi.info bildirir ki, deputat Vüqar Bayramovun fikrincı Antalya Diplomatiya Forumu artıq nəinki regional, eyni zamanda qlobal məsələlərin müzakirəsini təşkil edən ciddi platformaya çevrilib:

“Dövlət başçımızın forumda iştirak etməsi Azərbaycanın sözügedən tədbirə xüsusi önəmini göstərir.

Qardaş Türkiyə Azərbaycanın əsas strateji tərəfdaş dövlətlərindədir. 2025-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 5 milyard 720 milyon dollar olub. Türkiyə ilə qarşılıqlı ticarətdə Azərbaycan 1 milyard 34 milyon dollarlıq müsbət saldoya malikdir. Göründüyü kimi, iki ölkə arasında ticarət dövriyyəsi kifayət qədər böyük rəqəmlə ifadə olunur. Hədəf isə Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır.

Azərbaycanın xarici ticarət dövriyyəsinin 11.6 faizi Türkiyənin payına düşür. Bu İtaliyadan sonra Türkiyənin ikinci ən böyük ticarət tərəfdaşı olması deməkdir. Qardaş dövlət Azərbaycan ixracatında da ikinci ən böyük tərəfdaşdır: 13.5 faiz. Azərbaycanın qeyri neft-qaz ixracının 16.5 faizi Türkiyənin payına düşür. Bu ticarətdə də Türkiyə ikinci ən böyük tərəfdaşdır”.

O qeyd edib ki, iqtisadi münasibətlər yalnız ticari əlaqələrdə deyil, həmçinin qarşılıqlı sərmayə qoyluşlarında da özünü göstərməkədir:

“İndiyədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 18 milyard dollar sərmayə yönəldib.

Dövlət başçılarının qarşılıqlı səfərləri strateji əlaqələrimizi daha da möhkəmləndirir. Azərbaycan Prezidentinin Türkiyəyə növbəti səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açacaq”.

Aydan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
4
icma.az

5Источники