RU

“Vətəndaşı məhkəməyə verməklə problemi tam həll etmək mümkün olmur” DEPUTAT

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Heç bir halda vətəndaşı tam günahlandırmaq düzgün olmaz. Çünki çox vaxt insanlar çıxılmaz vəziyyətdən ev tikir və ya hazır ev alaraq ailəsinə sığınacaq yaratmağa çalışır. Onun vəzifəsi dövlət qurumlarının yerinə keçib torpağın altından keçən su, neft və ya qaz xətləri barədə araşdırma aparmaq deyil”.

Gununsesi.info bildirir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib:

“Vətəndaş düşünür ki, torpaq alıb, evini tez tikib ailəsini bir yerə toplamaq lazımdır. Bu yanaşma ilə də hərəkət edir. Ümumilikdə isə demək olmaz ki, Azərbaycan insanı hüquqi bilik baxımından kifayət qədər məlumatlıdır və hüquqi öyrənməyə meyillidir. Hətta insanlardan “niyə hüququnu bilmirsən, niyə kitab oxumursan, niyə konstitusiyanı öyrənməmisən, niyə qanunlara baxmamısan” kimi tələblər etmək də ədalətli deyil.

Zamanında dövlət də qaçqın və köçkünlərin vəziyyətini nəzərə alaraq vətəndaşlara müəyyən sərbəstlik verib ki, narazılıqlar artmasın və insanlar öz evlərini qurub yaşaya bilsinlər. Azərbaycanda da əsas yanaşma ondan ibarətdir ki, insanlar ilk növbədə ailə qurmaq, yaşamaq və ev sahibi olmaq barədə düşünür. Ev isə insan üçün demək olar ki, əsas ehtiyac və dəyərdir.

Belə vəziyyətdə vətəndaşın qaz xətti və ya digər kommunikasiya xətlərinin üzərində tikinti apararkən bunun nəticələrini əvvəlcədən araşdırması ondan birbaşa tələb edilə bilməz. Onun əsas məqsədi sadəcə yaşayış şəraiti yaratmaqdır, gələcəkdə hansı hüquqi nəticələrlə qarşılaşacağını düşünmək isə hər zaman onun imkanları daxilində olmur.

Digər tərəfdən, bəzi dövlət qurumlarının vəzifə sahiblərinin vətəndaşı məhkəmə ilə hədələməsi və bunu açıq şəkildə uğur kimi təqdim etməsi də düzgün yanaşma deyil. Vətəndaşı məhkəməyə verməklə problemi tam həll etmək mümkün olmur, əksinə bu, sosial narazılıqları artıra bilər. Bildiyim qədər, ölkədə də bu məsələlərdə daha çox humanist yanaşma tətbiq olunur və nəticədə bir çox hallarda vətəndaşlara kompensasiya ödənilir.

Belə vəziyyətdə vətəndaşı sadəcə “qanunsuzluq edibsən, cinayətkarsan” kimi qiymətləndirmək də düzgün yanaşma deyil. Çünki bu prosesdə nəzarət edən, icazə verən və göz yuman tərəflərin də məsuliyyəti müzakirə olunmalıdır. Vətəndaşın bu məqamı irəli sürməsi də tamamilə başadüşüləndir.

Ümumilikdə bu məsələyə daha ölçülü, balanslı və praktik həll yolları ilə yanaşmaq daha məqsədəuyğun görünür”.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
icma.az

1Источники