RU

196 ölkədə axtarılan “Qızıl adam” belə ələ keçirildi VİDEO

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Qızıl qaçaqmalçılığında şübhəli bilinən və İnterpola üzv olan 196 ölkədə “Qırmızı bülleten”lə axtarılan İnqilab Babayev Türkiyədə həbs edilib.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, o, İstanbulun mərkəzində yerləşən Eyupsultan adlanan ərazidəki evdə tutulub.

Bildirilib ki, o, ailə üzvləri ilə görüşmək üçün başqa ölkədən İstanbula gəlib. Bundan sonra İstanbul Polis İdarəsinin Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları onun izinə düşüblər. İ.Babayevin yaxınları Türkiyəyə gələn kimi, o? xüsusi əməliyyatla tutulub.

Məlumata görə, 38 yaşlı İ.Babayev 2024-cü ildə İstanbul Hava Limanında üzə çıxan qızıl qaçaqmalçılığı şəbəkəsinin rəhbəri olub. Həmin vaxt polis şübhələndiyi iki təhlükəsizlik əməkdaşını yoxlayıb. Aparılan axtarış nəticəsində onların bel hissəsində gizlədilmiş 16 kiloqram ağırlığında 32 külçə qızıl aşkarlanmışdı. Dubaydan gətirildiyi müəyyən edilən qızıllarla bağlı aparılan istintaq çərçivəsində 7 nəfər saxlanılmışdı.

Hadisənin təşkilatçısı olduğu müəyyən edilən və İnterpol tərəfindən axtarılan İnqilab Babayev isə hadisədən sonra gizlənməyi bacarmışdı.

Polis tərəfindən saxlanılan İ.Babayev barəsində İstanbul məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Türkiyə mediası onu “Qızıl adam” ləqəbi ilə təqdim edib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
9
50
icma.az

10Источники